Mojo.az Banner
23:01 Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir  |     22:56 Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb  |     22:50 Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur  |     22:43 Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - Video  |     22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |    
Left Banner
Right Banner

Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülər

05.12.2024 12:21 726
Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülər
Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sadiqə xəsarət yetirib.

Median.Az
Demokrat.az-a istinadla xəbər verir ki, hadisə 28 may 2024-cü ildə, saat 20:00-da Sabirabad rayonunun Kovlar kəndində baş verib.

Kənd sakini Elşən həmkəndlisi Əfsərin həyətində keçirilən toy məclisində, alkoqol təsiri altında Sadiqin çayçını yüksək səslə çağırmasına görə, əsaslı səbəb olmadan sonuncunu nalayiq ifadələrlə söyərək təhqir edib.

Elşən yumruqla Sadiqin sağ qaş nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu əməlləri ilə Elşən xuliqanlıq hərəkətləri törədib.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, həmkəndlisi Sadiqlə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmayıb, normal münasibətləri olub:

"Mayın 28-də, saat 17:00-da həmkəndlim və qohumum Əfsər məni həyətində keçirilən oğlunun kiçik toy məclisinə dəvət edib. Mən həmin vaxt Əfsərin həyətinə toy məclisinə getdim. Həmkəndlim Sadiq də toyda iştirak edib. Təxminən 2-3 saat sonra, saat 20:00-da çay verildi. Sadiq də mənim oturduğum cərgənin sonunda musiqiçilərin yaxınında əyləşmişdi. Aramızda isə iki-üç nəfər tanımadığım şəxslər oturub. Bu zaman gördüm ki, Sadiq qışqıraraq çayçını çağırır.

Elə başa düşdüm ki, Sadiq söyüş söyüb. Ona dedim ki, anqırma, camaat var. Sadiq isə mənə nəsə dedi. Lakin başa düşə bilmədim. Sadiqin yüksək səslə çayçını çağırması, həm də özünün içkili olmağı istər-istəməz mənə pis təsir etdi. Yerimdən durub ona yaxınlaşdım və yumruq zərbəsi vurdum. Sadiq sağ gözünü tutub başını aşağı əydi, onun sağ qaşı partlayıb qanadı. Mən artıq orada durmadım və getdim. Bir müddət sonra Sadiqin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət verməsini eşitdim".

İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, həmkəndlisi təqsirləndirilən Elşən ilə münasibətləri normal olub, ədavətləri olmayıb:

"Həmkəndlim və qohumum olan Əfsər mayın 28-də məni oğlunun kiçik toy məclisinə dəvət etdi. Məclisdə mən Elşənlə bir sırada oturmuşdum. Orada başqa yerdən gəlmə tanımadığım kişi qonaqları da olub. Məclisdə çörək yeyib araq da içdim. Təxminən 40 dəqiqə keçdi, hava isti olduğundan toydan çıxaraq evimə getdim. Yuyunaraq paltarımı dəyişdim, yenidən toya qayıtdım. Təxminən saat 20 radələrində toy məclisi öz qaydasında davam etdi.

Toy məclisinə qayıdarkən Elşən də orada öz yerində oturmuşdu. Mən keçib eyni cərgədə musiqiçilərin yanında sonuncu sırada əyləşdim. Aramızda 2-3 nəfər qonaq əyləşmişdi, onlar gəlmə olduğu üçün tanımamışam. Toy məclisində oturandan sonra çayçını səsləyib çay gətirməsini xahiş etdim. Bu zaman Elşən mənə irad bildirdi ki, niyə anqırırsan, səsindən qonaqlar narahat olur. Dedim ki, qışqırmıram, musiqinin səsindən eşidilmir, bu səbəbdən çayçını səsləyirəm. Bu söhbətə görə aramızda yüngül narazılıq olub.

Üstündən 2-3 dəqiqə keçdikdən sonra Elşən yaxınlaşdı, məni nalayiq söyüşlərlə təhqir edərək qəflətən sağ qaşımın üstünə yumruq zərbəsi vurdu. Mən sifətimi tutaraq əyildim, sağ qaşımın üstü yarılaraq qanadı. Təkrar söyüb vurmaq istəyərkən tanımadığım qonaqlar onun qarşısını aldılar.

Sonra qonaqlardan kimsə mənə salfet isladaraq verdi, qanayan qaşımın üstünə qoydum. Həmin vaxt toy sahibi Əfsər yaxınlaşaraq nə baş verdiyini soruşdu. Dedi ki, Elşənlə sözümüz oldu, yumruqla vurdu. Təxminən 15 dəqiqə orada oturandan sonra evimə getdim. Bir müddət gözlədim. Elşən gələrək üzrxahlıq etmədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sonra da rayon polis şöbəsinə şikayət ərizəsi yazdım".

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşən 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner