Mojo.az Banner
00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |    
Left Banner
Right Banner

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?

29.11.2024 13:19 1 491
Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?
Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalı, hansı amillər nəzərə alınmalıdır? Oxu.Az mövzunu ekspertlərlə araşdırıb.

Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, söküntü üzrə qaydaya əsasən, tikintini aparan şirkət sökülməli olan obyektin yerləşdiyi ərazi mərkəz olmaqla, onun sahibinə 500 metr radiusda analoji obyekt təklif etməlidir.

"Yəni tikintini aparan şirkət söküntü sahibini ya ən azı həmin səviyyədə olan bir obyektlə təmin etməli, ya da həmin obyektin bugünkü bazar dəyərində pul ödənişi etməlidir və üstəgəl, narahatlığa görə də əlavə ödəniş etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunursa, o zaman şirkət həmin tikilən binada və yaxud da qeyd etdiyim kimi, 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzil sahəsi təklif edə bilər", - deyə ekspert bildirib.

Hüquqşünas Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur və bazar qiyməti əsas götürülür:

"Bir ərazidə çox sayda insanın evləri sökülərsə, təbii ki, onlardan narazı qalanlar da olacaq. Bu narazılıqlar ən çox qiymətlərlə əlaqəlidir. Bəs bu qiymətlər nə ilə bağlıdır? Əslində, Bakıda tikinti işlərinin başladığı dövrdən bu günə qədər hər kvadratmetr üçün təxminən 1 500 - 2 000 manat civarında kompensasiya hesablanır. Təbii ki, uzun illər ərzindəki qiymət dəyişiklikləri, inflyasiya və digər iqtisadi proseslərin fonunda bu qiymət hazırda o qədər də ədalətli hesab edilə bilməz.

Nəzərə alaq ki, bu söküntülər yalnız dövlət qurumları tərəfindən həyata keçirilmir. Dövlət əhəmiyyətli strateji obyektlərin tikilməsi, yolların çəkilməsi, parkların salınması kimi layihələrlə paralel olaraq, həm də ayrı-ayrı şirkətlər tərəfindən tikinti işləri həyata keçirilir ki, onlar da eyni qiymətləri əsas götürməyə çalışırlar. Düzdür, bəzi ərazilərdə, məcburən də olsa, vətəndaşların narazılığı nəzərə alınır".

Hüquqşünas qeyd edib ki, qanunvericiliyinə əsasən, bu məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunması və bazar qiymətinin əsas götürülməsi yanaşması artıq uzun illərdir ki, ənənəvi şəkildə tətbiq edilir.

"Yəni baxmayaraq ki, 10-15 il əvvəl tikilən binaların bir kvadratmetrinin qiyməti ilə indiki dövrdə tikilən binaların qiyməti dəfələrlə fərqlənir, hazırda söküntü zamanı vətəndaşlara illər əvvəl tətbiq edilən kompensasiya qiymətləri təklif olunur. Təbii ki, burada vətəndaşların narazılığı mümkündür.

Dövlət əhəmiyyətli obyektlərin tikintisi, strateji layihələr və digər dövlət əhəmiyyətli tədbirləri kənara qoysaq, hansısa şirkətlər tərəfindən tikilən binaların kompensasiyası ilə bağlı vətəndaşlar razılaşmaya bilərlər. Bu halda məsələnin mübahisələndirilməsi və məhkəməyə verilməsi mümkündür. Məhkəmədə məsələnin həlli tapılmalıdır. Amma vətəndaşlar onu da nəzərə almalıdırlar ki, 1 kv.m üçün 1 500-2 000 manatlıq kompensasiya ilə razılaşmamaq onların hüququdur və onlar bu kompensasiya məbləğlərini mübahisələndirə bilərlər. Əgər vətəndaşlar təkliflə razılaşmırlarsa, məhkəmə müstəvisində məsələnin həlli təmin edilməli və vətəndaşların maraqları təmin olunmalıdır", - deyə hüquqşünas bildirib.скачать dle 11.3
Mojo.az Banner