Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin: "KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi" - VİDEO

28.11.2024 18:22 1 458
Putin:
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməməli idi, çünki münaqişə zamanı Ermənistan xarici təcavüzə məruz qalmamışdı".

Bunu Qazaxıstanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Lakin KTMT-nin buna heç bir aidiyyəti yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb", - deyə o bildirib.

"KTMT - üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, Qarabağı öz ərazisinə daxil etməyib. Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini tələb etmək qəribədir".

"Hər ölkə öz təhlükəsizliyini təmin etmək sahəsində nəyi və necə etmək istədiyini seçmək hüququna malikdir", - Rusiya lideri deyib.

"Düşünürəm ki, KTMT ilə bağlı bugünkü vəziyyət, çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslərlə əlaqədardır və əlbəttə ki, bütün bunlar Qarabağ məsələsi ilə bağlıdır.

Ermənistanın təşkilatda tamformatlı işə qayıdacağını ehtimal edirəm. Ermənistan hələ ki KTMT-dən çıxmaq barədə bəyanat verməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir", - Putin əlavə edib.

Son xəbərlər