Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ

27.11.2024 18:08 966
Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ
Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Davud Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum edilib.

İttihama görə, hadisə bu il Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Davud Həsənov keçmiş arvadı N.N. ilə boşanıb və qızı, zərərçəkmiş Səbinə Həsənova (şərti) ilə birlikdə yaşayır.

O, məhkəmə ifadəsində bildirib ki, qızına dəfələrlə anasının yaşadığı yerə getməməyi tapşırsa da, buna əməl etməyib. Hadisə günü səhər saatlarında qızını avtomobili ilə işə aparan zaman onlar arasında yenə də bu mövzuda söhbət açılıb. Söhbət zamanı Davud əsəbiləşib və Səbinənin üzərinə qışqırıb. Bu zaman qızı avtomobildən düşmək istəyib. Lakin o, icazə verməyib. Daha sonra Davud Səbinənin qolundan tutub, əsəbi olduğu üçün onun üzünə bir dəfə şillə vurub. Sonra qızı onu itələyib və avtomobildən düşüb. Davud qızından avtomobilə minməyi tələb etsə də, zərərçəkmiş etiraz edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qızı ilə barışmaq istəsə də, buna imkan verilmir.скачать dle 11.3
Mojo.az Banner