Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib

27.11.2024 14:26 1 779
İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib
İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib.

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”,-ofisin açıqlamasında deyilir.

Livanın Baş naziri Nəcib Mikati Livan-İsrail sərhədində sabitliyi qaytaracaq əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib. O, bu barədə ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında bildirib.

“Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin yayılması istiqamətində atılan bu mühüm addımı bəyənirəm. Bu, köçkünlərin öz şəhərlərinə və evlərinə qayıtmasını asanlaşdıracaq”, - Baş nazir vurğulayıb. Onun sözlərinə görə, müqavilənin həyata keçirilməsi regional sabitliyin yaradılmasına kömək edəcək.

ABŞ Prezidenti Cozef Bayden də tərəflər arasında əldə olunan razılaşma ilə bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin Baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul ediblər", - deyə Bayden bildirib.скачать dle 11.3
Mojo.az Banner