Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır

23.11.2024 18:03 1 560
Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır
Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Qarabağ" oyununun heyətləri açıqlanıb.

Uzun fasilədən sonra Şahrudin Məhəmmədəliyevin adı matçın protokoluna daxil edilib.

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı zədə səbəbindən heyətdən uzaq düşmüşdü. Onun adı Premyer Liqada sonuncu dəfə I turda protokola qeyd olunub.

O, avqustun 2-də "Araz-Naxçıvan"la görüşdə (4:1) 90 dəqiqə meydanda olub. Sonradan zədələnən qolkiper 113 gündən sonra protokola daxil edilib. Komandasının 1 nömrəli futbolçusu bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, "Səbail" - "Qarabağ" görüşü saat 17:00-da başlayacaq.

Son xəbərlər