Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

"Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir

15.11.2024 16:27 1 047
"Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir.

Bu barədə "Köhlən atlar"ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək daha qonağın adı bəlli olub. Tanınmış idman şərhçisi David Qarrido "Qarabağ"ın dəvəti ilə ölkəmizə gəlir. "Sky sports"dakı şərhləri ilə milyonların sevimlisi olan aparıcı alyansı yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. İngilis və ispan dillərində şərhçilik bacarığına malik böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir.

O, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansın yaradılması tədbirində aparıcı olacaq. Qeyd edək ki, "Qarabağ", həmçinin "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya) və "Malmö"nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Son xəbərlər