Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü |
Mojo.az Avto
Mojo.az Avto

“Amerikanın səsi” radiosunun fars dili redaksiyasının keçmiş əməkdaşı intihar edib

14.11.2024 19:38 1 008
“Amerikanın səsi” radiosunun fars dili redaksiyasının keçmiş əməkdaşı intihar edib
“Amerikanın səsi” radiosunun fars dili redaksiyasının 42 yaşlı keçmiş əməkdaşı Mehdi (Kianuş) Səncəri İranın Tehran şəhərində ölüb.

Məlumatı BBC yayıb.

Onun intihar nəticəsində öldüyünə dair xəbərlər yayılıb. Nəşini görən dostları Kianuş Səncərinin intihar etdiyini təsdiqləyib.

Məlumata görə, Kianuş Səncəri ölümündən qabaq "X" səhifəsində belə yazıb: “Özünüifadəyə görə heç kim həbsdə olmamalıdır. Etiraz İranın hər vətəndaşının hüququdur. Dörd məhbus - Fatimə Seperi, Nəsrin Şakrami, Tumay Salehi və Arşam Rezai noyabrın 13-ü saat 19-dək sərbəst buraxılmasa, intihar edəcəyəm”.

Kianuş Səncəri 1982-ci il sentyabrın 11-də İranda anadan olub. 2008-2013-cü illərdə “Amerikanın səsi”ndə (“Voice of America Persian News Network”), Boroumand Fondu (“Boroumand Foundation”), İran İnsan Haqları Sənədləri Mərkəzi (“Iran Human Rights Documentation Center”) və İnsan Haqları Təşkilatında (“Iran Human Rights Organization”) Norveçdə işləyib. Keçmişdə tələbə-bloger olub.

O, 1999-2007-ci illərdə İranda bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. İki il Evin həbsxanasında yatıb, sonra İrandan İraqın şimalına qaçıb. O, “Amnesty International”ın yardımı ilə sığınacaq alaraq Norveçə sığınıb.

2016-cı ilədək xaricdə farsdilli media ilə əməkdaşlıq etdikdən sonra yaşlı anasına qulluq etmək üçün İrana qayıdıb. Ölkəyə qayıtdıqdan sonra həbs olunaraq 11 il azadlıqdan məhrum edilib.

2019-cu ilin əvvəlində, cəzasının üç ilində Sancəri xəstələnib. Həbsxana həkimi ona səhhəti ilə əlaqədar məzuniyyət vermək əvəzinə onu Əminabad psixiatriya xəstəxanasına köçürüb.

“Bir gün əllərimi qandalladılar, maşına mindirdilər və mühafizə altında Razi Ruhi Xəstəliklər Xəstəxanası kimi tanınan Əminabada apardılar. Məni düz palataya apardılar, iki əsgər keşikdə durdu. Gecə vaxtı tibb bacısı mənə çənəmi bağlayan bir şey vurdu. İynədən sonra huşumu itirdim, səhər oyananda gördüm ki, qollarım və ayaqlarımı çarpayıya zəncirləyiblər”, - o psixiatriya xəstəxanasındakı vəziyyəti belə xatırlamışdı.
//report

Son xəbərlər