Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı |
Mojo.az Avto
Mojo.az Avto

Trampdan "təmizləmə siyasəti": Generalların işdən çıxarılmasına hazırlıq gedir

13.11.2024 15:38 1 554
Trampdan
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın keçid komandası istefada olan hərbçilərdən ibarət "hərbi şura"nın yaradılması haqqında sərəncam layihəsini nəzərdən keçirir.

Bu barədə sərəncam layihəsi ilə tanış olan "The Wall Street Journal" (WSJ) nəşri məlumat verib.

Məlumata görə, yeni "hərbi şura"ya generalların işlərini araşdırmaq və tutduqları vəzifələrə uyğun olmayanların vəzifələrindən uzaqlaşdırılmasını tövsiyə etmək səlahiyyəti veriləcək.

Bildirilib ki, Tramp sərəncamı təsdiqləsə, o, "lazımi liderlik keyfiyyətlərinə malik olmayan"lar kimi qəbul edilən general və admiralların işdən çıxarılması prosesini sürətləndirə biləcək.

Nəşr qeyd edib ki, Tramp baş komandan kimi istədiyi zabiti işdən çıxara biləcək, lakin onun üzvlərini təyin edəcəyi xarici şura ənənəvi prosedurlardan kənar təmizləmələr apara biləcək.

Sərəncam layihəsində qeyd edilib ki, məqsəd "liderlik qabiliyyətləri, strateji hazırlıq və hərbi məharətlərə sadiqlik" istiqamətində köklənəcək araşdırmanın təşkilindən ibarətdir.

Layihədə məmurların bu standartlara uyğun olduqlarını göstərmək üçün hansı hərəkətləri etməli olduqları isə göstərilməyib.

Həmçinin vurğulanıb ki, yararsız hesab edilənlər 30 gün ərzində hazırkı rütbəsi ilə təqaüdə çıxarılacaqlar.

Son xəbərlər