Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür

09.11.2024 15:51 2 118
Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür
Qəzza zolağında hər gün orta hesabla 67 uşaq həlak olur.

Median.Az
-ın "Al Jazeera" telekanalına istinadla məlumatına görə, bu barədə BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) əməkdaşı Luiza Uoteric bəyan edib.

Onun sözlərinə görə, son günlərdə İsrail ordusu agentliyin iki məktəbinə zərbələr endirib. Nəticədə 17 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Həmçinin, bildirilir ki, Fələstin anklavının mərkəzi və cənub hissələrində ehtiyacı olanlara gündəlik təxminən 400 min porsiya yemək paylayan 100-dən çox mətbəx ərzaq çatışmazlığı səbəbindən bağlanma təhlükəsi ilə üzləşib.

UNRWA-nın məlumatına görə, dərman və gigiyena vasitələri daşıyan təxminən 40 yük maşını Misir və İordaniya sərhədlərində Qəzzaya giriş üçün gözləyir.

"Sektorun yaşayış məntəqələrinin küçələrində 42 milyon tondan çox çınqıl və dağılmış binaların qalıqları toplanıb. Partlayıcı maddələrin, partlamamış mərmilərin və minaların konsentrasiyası mülki əhali üçün birbaşa təhlükə yaradır. Eyni zamanda, minatəmizləmə mütəxəssislərinin girişi və zərərsizləşdirmə işlərinin aparılması əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb", - deyə məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner