Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır |
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb

07.11.2024 19:06 1 236
Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb
Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşüb, üç nəfər ölüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidməti (YHTX) teleqramda bildirib.

“Qaşqadərya vilayətinin Kitab rayonu ərazisindən keçən Kitab – Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1 138-ci kilometrində “Chevrolet Cobalt” avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qeyri-sabit qaya parçasının altında qalaraq əzilmişdir”, – məlumatda qeyd olunub.

Qəza zamanı nəqliyyat vasitəsinin salonunda olan üç nəfərin həlak olduğu bildirilir. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Aşırımda nəqliyyatın hərəkəti dayandırılıb, lakin YHTX tezliklə bərpa olunacağını vurğulayıb.

Son xəbərlər