Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır

31.10.2024 23:04 966
ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:

"Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik", - Miller bildirib.

Son xəbərlər