Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"

30.10.2024 22:08 1 575
Azərbaycanlı dördqat dünya çempionu:
Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb. Məhz bunun məntiqi sonluğudur ki, təkcə güləş üzrə yox, idmanın bütün növlərini təmsil edən həmvətənlərimiz ölkəyə parlaq nəticələrlə qayıdırlar.

Report xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) jurnalistlərə açıqlamasında deyib.
"Bu gün təkcə özümün yox, eləcə də yığmanın qələbəsinə görə sevinirəm. Çünki tarixdə ikinci dəfə komanda hesabında çempion olduq. Mənim dördüncü dəfə mundialın qalibi olmağım da Azərbaycan güləş tarixində yeni rekord kimi tarixə düşdü. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm", - E.Əzizli bildirib.
32 yaşlı idmançı məşqçi heyətinə xüsusi təşəkkürünü bildirib:

"İşin görünməyən tərəfi bizim məşqçilərdir. Həm klub, həm də yığma komandanın məşqçi heyətinə təşəkkür edirəm".

Qeyd edək ki, E.Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.

Son xəbərlər