2500-dən çox azyaşlı ABORT etdirib - Bəs onlarla münasibətdə olan şəxslər cəzalandırılmalıdırmı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 "Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?  |     22:57 "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?  |     22:50 İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı  |     22:45 Sabit tarifi necə ödəyəcəyik?- Video  |     22:36 Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək  |     22:28 Rusiyada azərbaycanlı müəllim xidmətlərinə görə mükafatlandırıldı  |     22:21 Patrik Andrade də "Qarabağ"dan getdi  |     22:15 Bakıda əcnəbilərin şok əməlləri: Hamilə qadın və əri iki nəfəri öldürmək istədilər  |     22:07 DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi keçirilib  |     22:01 Toyda Kəmalə Günəşli ilə məclis sahibi arasında DAVA: Xəsarət alan var - TƏFƏRRÜAT  |     21:53 Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma olub  |     21:23 Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfər edib  |     21:14 Çanaqqalada meşə yanır  |     20:59 Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq  |     20:53 Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:48 Nyu-Yorkda etiraz aksiyasında polis 80-dən çox şəxsi saxlayıb  |     20:41 Suriyada qadınlara çimərliklərdə burkini geyinmək tövsiyə edilib  |     20:36 Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki açıqlanıb  |     20:29 Sabah Rusiya və Ukrayna arsında növbəti əsir mübadiləsi baş tutacaq  |     20:21 DYP skuter sürənlərə xəbərdarlıq edib  |    

2500-dən çox azyaşlı ABORT etdirib - Bəs onlarla münasibətdə olan şəxslər cəzalandırılmalıdırmı?

Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2 080-i bu yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2 596 olub. Abortların ümumi sayında da kəskin artımın olması həyəcan təbili çalır. Amma yetkinlik yaşına çatmayanlar arasında xüsusilə geniş yayılması cəmiyyətdə narahatlıq doğurmalıdır. Məsələnin həm hüquqi tərəfləri, həm də orqanizmə olan ziyanları diqqətdən yayınmamalıdır.

Erkən yaşda abort orqanizmə necə təsir edir?

Cərrah, mama-ginekoloq Təranə Həsənova Bizim.media-ya erkən yaşda abortun fəsadlarından danışıb. Onun sözlərinə görə, abortun fəsadları onsuz da kifayət qədər çoxdur. Amma bu fəsadların hər birinin yetişməmiş bədəndə baş verməsi ehtimalı daha yüksəkdir:

"Hamiləliyin özü yetişməmiş orqanizm üçün çox böyük travmadır. Orqanizm bunun altından çətin çıxır. Abortun erkən yaşda olmasının fəsadları çoxdur. Burada söhbət həkimin səhvindən getmir, yetişməmiş orqanizmdən gedir, hamiləliyə hazır olmayan uşaqlıqdan gedir. İltihab və abortdan sonra qanaxma riski həddindən artıq yüksək olur. Uşaqlıq öz əvvəlki həcmini bərpa edə bilmir. Əzələlər azyaşlılarda yığıla bilmir, nəticədə iltihab törədir. Abort zamanı uşaqlığın selikli qişasında bitişmələr yarana bilir, hansı ki, onu sinexiya adlandırırıq. Erkən yaşda abort sinexiyalar üçün münbit zəmin yaradır. Bu bitişmələr növbəti hamiləlik üçün çox ciddi fəsad yarada bilir, yəni hamiləliyə imkan vermir".

Riskli hamiləlik

Ginekoloq erkən yaşda abortun gələcəkdə hamiləlik üçün riskli ola biləcəyini vurğulayıb:

"Erkən yaşda abort edib bir neçə il sonra hamilə qalarsa, hamiləliyin özündə fəsadlar baş verir. Bunun da ən başlıca səbəbi birinci hamiləliyin abortla nəticələnməsi olur. Erkən düşüşlər və ya erkən doğuşlar baş verir, hamiləliklə bağlı olan bir çox fəsadlar sırf erkən abortdan sonra baş verə bilər".

Yetkinlik yaşına çatmayanların abort etdirməsi hansı hüquqi məsuliyyət yaradır? Xəstəxana və abortu edən həkimlər polisə müraciət etməlidirlərmi?

Məsələnin qanuni tərəflərinə gəlincə isə, bu abortlar ictimaiyyətə açıqlanmasa da, qanunvericilikdə yetkinlik yaşına çatmayanların hamilə qalması ilə bağlı bir çox cəzalar mövcuddur.
Hüquqşünas Aydan Rəhimli sözügedən məsələnin hüquqi prosesindən danışıb:

"Təbii ki, yetkinlik yaşına çatmayanların abortu üçün qadın məsləhətxanalarına müraciət edildikdə müvafiq araşdırma aparılır. Çünki yetkinlik yaşına çatmayan şəxsin hamiləliyinə son qoyulduqda onun qanuni nümayəndəsinin, ya himayədarının icazəsi tələb olunur. Bununla bağlı artıq araşdırma aparıldıqda polisə məlumat verilir və aidiyyəti üzrə digər hüquq-mühafizə orqanlarına, istintaq orqanlarına məlumatlar ötürülür".

Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olanları hansı cəzalar gözləyir?

Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cəzası mövcuddur. Hüquqşünas bu cəzaları sadalayıb:
"Cinayət Məcəlləsində 14 və 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağa görə cəzalar nəzərdə tutulub. Belə ki, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmağa görə 3 ilə qədər müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, ya edilməməklə 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxs barədə törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzaları var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 29.10.24 22:19