Mojo.az Banner
22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |     20:50 Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlandı  |     20:44 Həbsdən əvvəl Bakıda "Kalaşnikov" gizlədibmiş  |     20:35 "Zevs"in qardaşına hökm oxundu  |     20:30 Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi  |    
Left Banner
Right Banner

Bakıda məktəblilər bıçaqlandılar: Saxlanılan var (YENİLƏNİB)

25.10.2024 17:00 1 806
Bakıda məktəblilər bıçaqlandılar: Saxlanılan var (YENİLƏNİB)
"Oktaybrın 25-də dərsdən kənar vaxtda - saat 14:10-da məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub".

Bu barədə Median.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

"Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - cavabda qeyd olunub.

* * * * *

"Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.


Bu barədə Median.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

"Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir".

* * * * *

"Sözügedən hadisə məktəbdən kənarda baş verib".


Bu sözləri 322 nömrəli tam orta məktəbdən adını açıqlanmasını istəməyən əməkdaş bildirib.

"Bəli, 11-ci sinif şagirdi bıçaqlanıb. Biz də bunu eşitmişik. Amma hadisə məktəbdən kənarda baş verib".

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) və Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
//oxu.az

* * * * *

Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli orta məktəbdə bıçaqlanma hadisəsi olub.


Bizim.Media-ya daxil olan məlumata görə, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.

Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.

Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.скачать dle 11.3
Mojo.az Banner