Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tələbələr qəzaya düşdü - Ölən və yaralananlar var

25.10.2024 14:46 939
Azərbaycanda tələbələr qəzaya düşdü - Ölən və yaralananlar var
Göygöl rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Göygöl rayonunda "VAZ-21015" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində baş verən qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.

Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.

***
Göygöl rayonunda "Opel" və "VAZ-21015" markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.

Son xəbərlər