Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

23.10.2024 22:43 1 389
Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb.
 
Median.Az xəbər verir ki, bəyanat Ermənistan XİN-in X sosial şəbəkəsində yerləşdirilib.
 
“Bu gün Ankarada baş verən hücum onu göstərir ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terrorizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.

Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 terrorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.

Son xəbərlər