Mojo.az Banner
11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İŞİD sözçüsü Rusiyada baş verən terror aktından sonra müraciət yayıb

30.03.2024 17:25 1 980
İŞİD sözçüsü Rusiyada baş verən terror aktından sonra müraciət yayıb
İŞİD terror təşkilatının sözçüsü Əbu Huzeyfə Əl-Ənsari yeni bəyanat yayıb.

40 dəqiqəlik çıxış terror təşkilatının “Al-Furkan” media mərkəzində dərc olunub.

Bəyanatda terrorçuların bütün dünyada fəaliyyəti barədə danışılıb, həmçinin martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da 143 insanın ölümü ilə nəticələnən terror aktını yüksək qiymətləndirib, buna görə “Vilayəti-Xorasan” terrorçularına təşəkkür edilib.

Əl-Ənsari qeyd edib ki, İŞİD-lə Rusiya arasında qarşıdurma Rusiyanın Suriyada hərbi əməliyyata qoşulması ilə başlayıb.

Terror qruplaşmasının sözçüsü bununla kifayətlənməyəcəklərini, Rusiyanın “qanuni hədəf” olmağa davam edəcəyini deyib. O, həmçinin Şimali Qafqazdan olan üzvlərini “inadkar olmağa” çağırıb.

Əl-Ənsari qeyd edib ki, uzun müddətdir ki, onlar haqqında mediada heç bir məlumat olmayıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 144 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

Mənbə: “Direktorad4” “Telegram” kanalıскачать dle 11.3
Mojo.az Banner