Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB-2

23.10.2024 19:11 2 520
Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB-2
Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Apa xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

***

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

Son xəbərlər