Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında |
Mojo.az Avto
Mojo.az Avto

Başına dəstə yığıb atasını tamah məqsədilə öldürmək istədi - 3 nəfərlik dəstənin cinayət işi

19.10.2024 17:22 942
Başına dəstə yığıb atasını tamah məqsədilə öldürmək istədi - 3 nəfərlik dəstənin cinayət işi
Atasını tamah məqsədilə öldürmək istəyən oğulun məhkəmə prosesi başlayır.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 28, 120-ci maddəsinin bir neçə bəndi ilə təqsirli bilinən dəstənin məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 23-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Cinayət işində üç nəfər - Fəqan Xələf oğlu Fərəcov, İlkin Yavər oğlu Hüseynov və Fariz Eldar oğlu İsmayılov təqsirləndirilən şəxs, iki nəfər - Xələf Gülmalı oğlu Fərəcov və Zamiq Elxan oğlu Sadıqov isə zərərçəkən şəxs qismində tanınıb.

Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər