Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb

18.10.2024 13:49 942
Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb
11 gün əvvəl qəzada xəsarət alan qadın vəfat edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə qəza törədib. Qəza nəticəsində xəsarət alan avtomobildəki sərnişin, 27 yaşlı Leyla Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
//oxu.az

Son xəbərlər