Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü

21.11.2024 11:42 918
Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü
Şəkidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.

Bildirilib ki, noyabrın 20-də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan, avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər