Mojo.az Banner
18:01 Naxçıvanda su təchizatı müvəqqəti dayandırılır - SƏBƏB  |     17:58 Müəllimlərin geyimi necə olmalıdır? Dünya təcrübəsi Azərbaycana gəlir  |     17:49 Dondurma alarkən bu məqamlara diqqət edin – Sağlamlığınızı riskə atmayın  |     17:45 Azərbaycanda əhali siyahıya alınacaq - FƏRMAN  |     17:09 Dövlət komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib  |     16:35 Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlər olacaq?  |     16:12 Azərbaycan "Metrik Konvensiya"sına qoşuldu  |     15:55 Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb  |     15:39 Avqustda neçə gün iş olmayacaq?  |     15:22 Azərbaycanda 7 min manatadək yeni cərimələr tətbiq ediləcək  |     15:06 Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Video  |     15:04 Generala yüksək vəzifə verildi - TƏYİNAT  |     14:48 Qazla bağlı rüsum LƏĞV EDİLİR  |     14:38 Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir  |     13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |    
Left Banner
Right Banner

Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı

17.10.2024 20:40 870
Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı
2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 21 sayda dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub.

Qaynarinfo xəbər verir ki, bu barədə 2020-ci il oktyabrın 17-də Gəncənin beşinci dəfə raket atəşinə tutulması ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.

"Gəncə şəhərinə hücumlar nəticəsində dövlət mülkiyyətində olan 21 sayda daşınmaz əmlaka zərər yetirərək 14.126.682 manat, xüsusi mülkiyyət üzrə 3.396 fiziki şəxsə məxsus 3.469 sayda daşınmaz əmlaka zərər yetirərək 72.407.444 manat, 85 fiziki şəxsə məxsus 92 nəqliyyat vasitəsinə zərər yetirərək 230.168 manat, 83 fiziki şəxsə məxsus sahibkarlıq obyektlərinə zərər yetirərək 597.350 manat, 1 fiziki şəxsə məxsus kənd təsərrüfatı obyektinə zərər yetirərək 2400 manat olmaqla, ümumilikdə 3.565 fiziki şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.237.362 manat, 1 hüquqi şəxsə məxsus 1 daşınmaz əmlaka zərər yetirərək 285.946,87 manat, 11 hüquqi şəxsə məxsus sahibkarlıq obyektlərinə (o cümlədən avadanlıq, alət və digər inventarlara) zərər yetirərək 60.205 manat olmaqla, ümumilikdə 12 hüquqi şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 346.151 manat olmaqla nəticədə xüsusi mülkiyyət üzrə ümumilikdə 3.577 fiziki və hüquqi şəxslərə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.583.514 manat qəsdən maddi ziyan vurulub", - Ş.Osmanov bildirib.

Qeyd edək ki, 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində erməni silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərində yerləşən müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibbi obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə "Smerç” və «Elbrus» tipli raketlərlə zərbələr endirməklə hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

Gəncə şəhəri üzrə 26 nəfər mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda Gəncə şəhəri üzrə ümumilikdə həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.

4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Harutunyan Araik Vladimroviç və digərləri barəsində, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 100. 116. 117, 120. 186. 214. 218. 228. 279.-cu maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilmiş, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə xəsarət almış şəxslərin almış olduqları xəsarətlərə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, eyni zamanda xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.
скачать dle 11.3
Mojo.az Banner