Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus uşaqlar üçün daha təhlükəli olub: Mütəxəssis yeni ştamın simptomlarından danışdı

15.10.2024 13:05 771
Koronavirus uşaqlar üçün daha təhlükəli olub: Mütəxəssis yeni ştamın simptomlarından danışdı
"COVID-19 virusu daim mutasiya edərək yeni xüsusiyyətlər qazanır. Bu gün dövriyyədə olan koronavirus variantlarının 60%-dən çoxu FLiRT qrupuna aiddir, lakin artıq yeni XEC ştamı da meydana gəlməyə başlayıb. Özü də əgər əvvəllər koronavirus "böyüklərin" infeksiyası hesab olunurdusa, virusun mutasiyası ilə uşaqlar daha çox xəstələnməyə başlayıblar".

Median.Az
-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Seçenov Universitetinin Epidemiologiya və Müasir Vaksinasiya Texnologiyaları kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kostinov xəbərdarlıq edib.

Onun sözlərinə görə, XEC "Omicron"un növbəti variantlarından biridir.

"Bu ştam simptomlarına görə öz sələflərindən, demək olar ki, fərqlənmir - boğaz ağrısı, temperaturun yüksəlməsi, burun tutulması və mədə-bağırsaq problemləri yaradır", - deyə Mixail Kostinov bildirib.

Mütəxəssisin sözlərinə görə, "Omicron"dan sonra meydana gələn bütün ştamlar kimi, hazırkı koronavirus ilk növbədə risk qrupları - 60 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, immun çatışmazlığı olan insanlar, həmçinin əvvəllər xəstələnməyən və COVID-19-dan peyvənd olunmayanlar üçün təhlükə yaradır. Elm adamı onlara yenilənmiş vaksinlərlə peyvənd olunmağı tövsiyə edib.

Kostinovun sözlərinə görə, koronovirusun yayıldığı birinci-ikinci dövriyyə illərindən fərqli olaraq hazırda uşaqlar daha çox xəstələnməyə başlayıblar:

"Bu, əsasən uşaq və yeniyetmələrin daha geniş ünsiyyət dairəsinə malik olması və böyüklərdən daha çox sıx yerlərdə olması ilə bağlıdır".

Son xəbərlər