Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək

14.10.2024 19:49 1 329
Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək
Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfirliyi ilə birgə oktyabrın 22-də “BƏƏ-dən Azərbaycana: COP29-un gözləntiləri və çağırışları” adlı onlayn vebinar keçirəcək.

Vebinar noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində keçirilir.

Tədbirdə 2023-cü ildə Dubayda baş tutan COP28-in əsas nəticələri, COP29 üçün gözləntilər, iqlim maliyyəsi və qalıq yanacaqdan imtina ilə bağlı konsensusun əldə edilməsi imkanları müzakirə olunacaq.

Vebinarın məruzəçilərinə Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Piter Qovindasami, COP28 komitəsinin nümayəndəsi Tureyya Alali və Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutunun əməkdaşı (moderator) Ayşa Al-Sarihi daxildir.
//report

Son xəbərlər