Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

BMT baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib

10.10.2024 11:17 1 209
BMT baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib
BMT baş katibinin müavini Əminə Ceyn Məhəmməd ümumi razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə Azərbaycanın COP29 sədrliyinə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib.

"Mən Azərbaycan hökumətinə, COP29-un sədrliyinə, eləcə də COP28-ə və sədrlər üçlüyünə ümumi razılaşmalara nail olmaq üçün keçdiyimiz bütün çətin yola görə təşəkkür etmək istəyirəm", - o bildirib.

Son xəbərlər