Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb

14.10.2024 19:19 1 785
Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb
Litvada hakim “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası növbəti Seym (birpalatalı parlament) seçkilərində məğlub olsa da, uzun müddət qaldığı üçüncü yerdən ikinci yerə yüksəlməyi bacarıb.

Bu, Litvanın Mərkəzi Seçki Komissiyasının saytında onlayn rejimdə yenilənən məlumatlardan bəlli olub.

Komissiyaya Litvanın ən böyük şəhərlərindən məlumatlar daxil olmağa başladıqdan sonra parlament seçkilərinin debütantı olan “Neman üzərində şəfəq” partiyası mövqelərini itirməyə başlayıb. Nəticədə 1 947 məntəqədən 1 834-ündən səslərin hesablanmasından sonra mühafizəkarlar 16,75 % ilə ikinci yerə yüksəliblər. “Neman üzərində şəfəq” partiyası 15,54 % səs toplayıb.

Seym (birpalatalı parlament) 141 deputatdan ibarətdir. Onlar dörd il müddətinə ümumi gizli səsvermə yolu ilə qarışıq sistem üzrə seçilirlər: 71-i birmandatlı dairələrdə majoritar sistem üzrə, 70-i isə partiya siyahıları üzrə. Oktyabrın 27-də seçkilərin ikinci turu keçiriləcək. Bu, namizədlərdən heç birinin 50 %-dən çox səs toplaya bilmədiyi məntəqələrdə lazım olacaq. İkinci turda əvvəlki mərhələnin iki lideri mandat uğrunda mübarizə aparacaq. Bu da Seymdəki qüvvələr nisbətinə təsir edə bilər. Sosial-demokratlar ikinci tura 22, mühafizəkarlar isə 24 namizəd çıxarıblar.скачать dle 11.3
Mojo.az Banner