Mojo.az Banner
19:50 Ayxan Abbasov vəzifəsindən ayrıldı  |     19:37 "Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb  |     19:30 "Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı  |     19:22 Türkiyədə bələdiyyə sədri güllələndi  |     19:17 Lənkəranda ağır avtoqəza: Ölən var  |     19:11 Vilyam Hacıyevin lüks avtomobillərinin HƏRRAC TARİXİ bilindi  |     19:04 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     18:55 Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü  |     18:50 Türkiyədə ZƏLZƏLƏ baş verdi  |     18:44 Azərbaycanda sənaye meşələri salınacaq  |     18:38 Azərbaycanda nə qədər əcnəbinin iş icazəsi var?  |     18:30 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - Rəqəmlər açıqlandı  |     18:25 Çində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı  |     18:16 Ardıcıl 5 gün iş olmayacaq  |     18:10 Təkrar əlillik təyin edilənlərə ödənilən vəsait açıqlanıb  |     18:02 Rusiya Ermənistan konyaklarının satışını qadağan etdi  |     17:57 Azərbaycan Çinə başsağlığı verdi  |     17:49 "Uşaq puluna yanaşma insanların tənbəlliyi ilə ölçülən məsələ deyil" - İqtisadçı  |     17:44 Tanınmış reper vəfat etdi  |     17:38 Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi  |    
Left Banner
Right Banner

Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı

11.10.2024 22:28 1 194
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar əldə edilib.
 
Median.Az xəbər verir ki, Narinin öldürüldüyü gün azyaşlının əmisi Səlim Güran ilə saxlanılan Nevzat Bəxtiyarın telefon zənglərində diqqəti çəkən detal üzə çıxıb.
 
Nevzat Bəxtiyarın verdiyi üç fərqli ifadə arasındakı ziddiyyətlər istintaqın gedişatını dəyişib. Bəxtiyar meyitin aparıldığı yerlə bağlı hər dəfə ifadəsində fərqli yerləri qeyd edib. Ancaq telefon siqnallarının araşdırılması işin açılması üçün mühüm rol oynayıb.
 
Belə ki, qətl günü saat 15:21-15:46 arasında Səlim Güran və Nevzat Bəhtiyarın mobil telefonlarının siqnallarının bir-birinə yaxın olduğu öyrənilib. Bu təsbit üzərinə aparılan istintaq şəxslərin birlikdə hərəkət etmiş ola biləcəyini göstərib.

Araşdırmalar göstərib ki, siqnalın gəldiyi nöqtə məktəbin ətrafındakı daşlı yol olub. Kameraya görünməyən bu yol vasitəsilə isə dərə yatağına rahat getmək olar.

Qeyd edək ki, hazırda digər qohumların da telefon siqnalları araşdırılır. Bununla da başqa kimlərin həmin ərazidə olduğu aşkarlanacaq.

(Baku.ws)
скачать dle 11.3
Mojo.az Banner