Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistandakı Aİ "müşahidəçiləri" Azərbaycanla sərhəddə aktivləşiblər - VİDEO

08.10.2024 17:49 1 707
Ermənistandakı Aİ
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" son vaxtlar aktivləşiblər.

Bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn səkkiz nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdilər.

Bununla bağlı APA-ya yeni məlumatlar və görüntülər daxil olub. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir.

Aydın olur ki, bu gün saat 13:10-da "müşahidəçilər" Aİ-yə məxsus iki ədəd "Toyota" markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiətilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.

Ermənistana məxsus bir ədəd "Niva" və bir ədəd "UAZ Patriot" markalı minik avtomobili ilə əraziyə gələn dörd "müşahidəçi" və dörd erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.

Müşahidə Laçın yolu istiqamətinə doğru aparılıb.

Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.

Aİ "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydləri"ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.

Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.скачать dle 11.3



Mojo.az Banner