Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Fransa Ukraynaya yeni silahlarla təchiz edilmiş qırıcılar verəcək: Tarix açıqlandı

08.10.2024 16:29 855
Fransa Ukraynaya yeni silahlarla təchiz edilmiş qırıcılar verəcək: Tarix açıqlandı
Fransa 2025-ci ilin yanvar-mart aylarında Ukraynaya yeni "yer-hava" tipli silahları ilə təchiz edilmiş "Mirage 2000" qırıcılarını tədarük edəcək.

Median.Az
-ın Izvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, qırıcıların Kiyevə çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır. "Hava-yer" tipli silahlardan əlavə, qırıcılar elektron müharibədən mühafizə sistemi ilə də təchiz olunacaqlar.

"Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir", - deyə Fransanın müdafiə naziri əlavə edib.

Son xəbərlər