Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

07.10.2024 19:30 1 428
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə danışıb.

"Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə 2025-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçirəcəklər" - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.

Xatırladaq ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.

Son xəbərlər