Mojo.az Banner
21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar - XƏBƏRDARLIQ

05.10.2024 14:25 612
Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar - XƏBƏRDARLIQ
Son zamanlar saxta investisiya və maliyyə təkliflərinin sayı xeyli artıb. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir.

Fırıldaqçılar gənc istifadəçilər, yaşlı nəsil, daha az maliyyə biliyi olan vətəndaşlar və ya iş axtaranları bu platforma üzərindən cəlb edə bilirlər. Onlar bu cür insanları tapmaq üçün sosial şəbəkələrin data analitikasından yararlanırlar. Bəs görəsən, vətəndaşlar bu kimi təhlükələrlə qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, hazırki şəraitdə bu kimi problemlərin önləyəcək hansısa tətbiq və ya proqram yoxdur:

"Bu kimi problemlərin qarşısını alacaq tətbiq və ya proqram mövcud deyil. Provayderlərin təhlükəsiz internetə qoşulması mövcuddur, orada isə trafik əvvəlcədən filtrasiya olunur. Amma təhlükəsizliyin əsas prinsipi odur ki, heç kim heç vaxt heç kəsə şəxsi məlumatlarını verməsin".

Ekspert qeyd edib ki, vətəndaşlar şəxsi məlumatlarını heç bir formada hansısa oyun saytında və ya mərc platformasında açıq şəkildə qeyd etməməlidir:

"Əgər adam öz əli ilə kredit kartının məlumatlarını mərc, kazino və ya başqa bir saytda daxil etsə, dələduzluqdan danışmasın. Təqsir özündədir. Vətəndaşlar mütləq şəkildə belə nüanslara diqqət etməlidir".скачать dle 11.3
Mojo.az Banner