Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Dələduzluğun yeni növü yayılıb - VİDEO

29.09.2025 12:00 474
Dələduzluğun yeni növü yayılıb - VİDEO
Dələduzlar bu dəfə alıcıları yox, satıcıları hədəf seçiblər. Onlar müxtəlif yollarla saxta qəbzlər (çek) təqdim edərək guya artıq ödəniş etdiklərini bildirir və pulun qalığını satıcılardan geri almağa çalışırlar.

Median.Az
Xəzər TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı çıxış edən İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, son vaxtlar bu kimi halların sayı artıb. Onun sözlərinə görə, bu hallar dələduzluq və maliyyə fırıldağı kateqoriyasına daxildir və ciddi hüquqi məsuliyyət yaradır:

"Belə hallarda hər hansı ödəniş sənədini qəbul etməmişdən əvvəl mütləq bank və maliyyə qurumlarından təsdiq alın. Saxta və manipulyasiya olunmuş rəqəmlərə əsaslanan sənədlərə etibar etməyin. Qəbzləri diqqətlə oxuyun və elektron kommunikasiya təhlükəsizliyinə önəm verin. Mesaj və sosial media vasitəsilə göndərilən ödəniş iddialarını diqqətlə yoxlayın. Şübhəli link və faylları açmayın, linklərə klikləməyin, maliyyə və şəxsi məlumatları yalnız etibarlı kanallar vasitəsilə paylaşın. Sosial mühəndislik taktikalarına qarşı da çox diqqətli olun".

Qeyd edək ki, bu cür dələduzluq halları ilə üzləşənlər Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxlaya və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər