Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xaricdə təhsil alan tibb işçiləri üçün imtahan keçirilmir? - Rəsmi AÇIQLAMA

03.10.2024 19:01 1 080
Xaricdə təhsil alan tibb işçiləri üçün imtahan keçirilmir? - Rəsmi AÇIQLAMA
Rusiya və digər xarici ölkələrdə tibb təhsili alan bir qrup vətəndaş Azərbaycanda işləmək üçün şərait yaradılmamasından narazıdır.

Modern.az-a müraciət edən vətəndaşlar xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə keçirilən imtahanın keçirilmədiyini, buna görə də tibb fəaliyyəti ilə məşğul ola bilmədiklərini qeyd edirlər.

Vətəndaşlar bildiriblər ki, sözügedən imtahan 2023-cü ildə keçirilib və həmin imtahanda iştirak edən həkimlər müvafiq sahədə fəaliyyət göstərirlər. Amma imtahanda iştirak etməyənlər üçün yenidən imtahan təşkil olunmayıb.

Şikayətlə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinə buraxılmaq üçün müraciət edən şəxslər 2011-ci ildən sonra xarici ölkələrdə aldığı ali ixtisas tibb təhsili (diplomdansonrakı ixtisaslaşma hazırlığı) ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsili müddəti və proqramları arasında uyğunsuzluq olduğu halda həmin şəxslər rezidenturaya qəbul olunmalıdırlar:

"Səhiyyə Nazirliyinin 29 aprel 2022-ci il tarixli əmrinə əsasən, 2011-ci ildən etibarən rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə Klinik ordinatura təhsili almış şəxslərin ixtisasları üzrə Səhiyyə Nazirliyi tərəfindən müvəqqəti tənzimləmə tədbirlərinin görülməsi məqsədilə imtahan keçirilib. Təkrar imtahanın keçirilməsi nəzərdə tutulmayıb.

Xarici ölkələrdə tibb təhsili almış vətəndaşlar e-sehiyye.gov.az səhifəsində kabinet yaradaraq sənədlərini yükləyə bilər. Müraciətlərə komissiya tərəfindən baxıldıqdan sonra rəy veriləcək".

Son xəbərlər