Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO

27.09.2024 17:59 1 851
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Azərsilah Holdinqdə ölkənin ilk yerli lazer silahı istehsal edilib.⁠

Median.Az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, “Fireforce” adlanan silah bütün yerli hissələri ilə birlikdə azərbaycanlı mühəndislər tərəfindən Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib.⁠

Bir kilometrə qədər olan hədəfləri vura bilən 900 kiloqram çəkili silah yüngül zirehli maşına quraşdırılıb. 30 kilovat gücə malik silah quru, hava və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.⁠

Azərbaycanın ilk lazer silahı olan “Fireforce”un konstruktoru Valeh Arifzadə bildirib ki, silahı 2 ay kimi qısa müddətdə hazırlayıblar.⁠

Onun sözlərinə görə, “Fireforce” rəqibləri ilə müqayisədə daha yığcamdır:

“Lazer silahları normalda nəm, toz və buxardan təsirlənir və gücünü itirir. Silahımızın elə problemi yoxdur. Hələlik 1 kilometr vuruş məsafəsi var, amma 10 kilometrə çatdırmağı planlaşdırırıq, zaman keçdikcə silahımızı təkmilləşdirəcəyik. Bütün hissələri özümüz hazırlamışıq və patent dövlətimizə məxsusdur”.

Son xəbərlər