Paytaxtdakı qəzada 1 yaşlı körpə xəsarət alıb
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2023-cü il təvəllüdlü S.Abdullayeva xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.