Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Gəncə" yeni transferini reallaşdırıb

23.09.2024 19:50 1 008
"Gəncə" basketbol klubu yeni transferini reallaşdırıb.

Azər Əzimovla 1 illik anlaşma imzalanıb.

195 sm boya malik 20 yaşlı basketbolçu müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü "Sərhədçi"də keçirən oyunçu Azərbaycanın U-20 yığmasına da dəvət alıb.

Azər Əzimov Gəncə təmsilçisində 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "sarı-göylər" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs və Marqus Gilson ilə müqavilə bağlayıb.
//report

Son xəbərlər