Mojo.az Banner
19:30 Yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş imiş - AQTA  |     19:24 Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlandı  |     19:15 Zərdabda 1 tondan artıq xaş-xaş kolu məhv edildi  |     19:10 Mirzoyan bu il Azərbaycana gələ bilər - TƏHLİL  |     19:04 "Green card" almaq istəyənlərə bəd xəbər - 100 min dollar...  |     18:59 Tramp silah istehsalına 10 milyard dollarlıq yeni investisiya qoyur  |     18:50 Azərbaycanda 15 nəfərə professor elmi adı verilib  |     18:45 Yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı - Video  |     18:37 Ərdoğan bu videonu izləyib göz yaşlarını saxlaya bilmədi - Video  |     18:12 Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?  |     17:59 Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək  |     17:44 MN-in nüfuz alverində təqsirləndirilən vəzifəli şəxsi hakim qarşısında  |     17:36 Çində qayıqda partlayış: Azı yeddi nəfər öldü, xəsarət alanlar var  |     17:21 Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb  |     17:11 Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı  |     17:05 VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi  |     17:00 "Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər  |     16:43 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ  |     16:42 Rusiya və Ukrayna arasında meyit mübadiləsi oldu  |     15:50 Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ  |    
Left Banner
Right Banner

MN-də 143 milyonluq mənimsəmə: Şahid qismində dəvət olunan rəis məhkəməyə gəlmədi

20.09.2024 20:02 864
MN-də 143 milyonluq mənimsəmə: Şahid qismində dəvət olunan rəis məhkəməyə gəlmədi
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Nizami Məmmədovun müdafiəçilərinin vəsatəti əsasında şahid qismində yenidən dəvət olunan nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov məhkəməyə gələ bilməyəcəyi bildirib:

"Rəfail Xələfovun vəkili ilə əlaqə saxlanılıb. Bildirilib ki, o, COVID-19 virusuna yoluxub. Laboratoriyanın 17 sentyabr arayışına əsasən, Rəfail Xələfov koronavirusa yoluxub. Bu səbəbdən hazırkı vaxta onun məhkəməyə gəlməsi mümkün deyil".

Hakim qeyd edib ki, gələn prosesdə Rəfail Xələfov iştirak edəcək.

Təqsirləndirilən Bayram Bayramovun vəkili vəsatətlə çıxış edərək ki, müvəkkilinin çalışdığı hərbi birlikdə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərin öyrənilməsi ilə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyib.

Hakimlər vəsatəti təmin ediblər. Qərarın icrası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.

Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb:

"2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir".

Məhkəmə vəsatət qismən təmin edilib. Belə ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib.

Daha sonra Nizami Məmmədovun müdafiəçiləri nazirliyinin Təlim və Tədris Mərkəzini həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib.

Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsin müəyyən edilməsi ilə bağlı sualları var.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner