Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

199 nömrəli avtobusdakı mübahisə ilə bağlı - Açıqlama (VİDEO)

12.09.2024 22:03 1 080
199 nömrəli avtobusdakı mübahisə ilə bağlı - Açıqlama (VİDEO)
Sosial şəbəkələrdə “Xaliq Faiqoğlu” şirkətinin sürücüsü ilə sərnişin arasında mübahisə yaşanması barədə görüntülər yayılıb.

Məsələ ilə bağlı şirkətin mətbuat xidmətindən bildirilib ki, 10.09.2024-ci il tarixdə 199 saylı müntəzəm marşrut xəttində xidmət göstərən 99 JL 464 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobus yollardakı mövcud vəziyyətlə bağlı gecikmə ilə hərəkət edib.

“Sürücü Sabir Əliyev saat 19:00 radələrindərə Bakı-Sumqayıt yolunda üzü şəhər istiqamətində hərəkətdə olan zaman yolda güclü tıxac müşahidə edilib. Bu zaman avtobusun salonunda olan sərnişinlərdən biri sürücüyə narazılığını bildirib və uyğunsuz ifadələr işlədib. Sərnişin Moskva prospektində nəqliyyat vasitəsini tərk edib. Hadisə vaxtı digər sərnişinlər tıxaca görə sürücünün günahkar olmadığını bildiriblər və onu nəqliyyat vasitəsindən kənarlaşdırıblar.

Qeyd edirik ki, xoşagəlməz hal zamanı sürücü təhlükəsizlik kəmərini açmayıb və sükan arxasında olub. Buna baxmayaraq tərəfimizdən sürücüyə xəbərdarlıq edilib və sərnişinlərlə nəzakətli davranması barədə təlimatlandırılıb” , - şirkətdən bildirilib.скачать dle 11.3
Mojo.az Banner