Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub

12.09.2024 16:11 1 812
Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub
"III MDB Oyunları həm coğrafiyasına, həm də idman növlərinin sayına görə Azərbaycanda keçiriləcək ən böyük yarış olmağı vəd edir".

Median.Az
MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Nazir müavini işçi qrupunun üzvlərinə təşkilatçıların qərarı ilə əsas məkanın Gəncə şəhəri olacağı, yarışların isə ölkənin 15 şəhərində keçiriləcəyi Oyunlara hazırlıq barədə məlumat verib.

Belarusun paytaxtı Minskdə III MDB Oyunlarına hazırlıqla bağlı keçirilən iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

MDB İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin direktoru Aleksey Sazonovun sözlərinə görə, Azərbaycan tərəfi bu idman tədbirinə hazırlıqla bağlı xeyli iş görüb.

İclasın sonunda müzakirə olunan məsələlər və daxil olan təkliflər nəzərə alınmaqla Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların proqramının işlənib tamamlanması ilə bağlı qərar qəbul edilib. Gələcəkdə proqram baxılmaq üçün MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına təqdim olunacaq.

Son xəbərlər