Mojo.az Banner
19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |     19:39 Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb  |     19:30 Yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş imiş - AQTA  |     19:24 Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlandı  |     19:15 Zərdabda 1 tondan artıq xaş-xaş kolu məhv edildi  |     19:10 Mirzoyan bu il Azərbaycana gələ bilər - TƏHLİL  |     19:04 "Green card" almaq istəyənlərə bəd xəbər - 100 min dollar...  |     18:59 Tramp silah istehsalına 10 milyard dollarlıq yeni investisiya qoyur  |     18:50 Azərbaycanda 15 nəfərə professor elmi adı verilib  |     18:45 Yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı - Video  |     18:37 Ərdoğan bu videonu izləyib göz yaşlarını saxlaya bilmədi - Video  |     18:12 Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?  |     17:59 Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək  |     17:44 MN-in nüfuz alverində təqsirləndirilən vəzifəli şəxsi hakim qarşısında  |     17:36 Çində qayıqda partlayış: Azı yeddi nəfər öldü, xəsarət alanlar var  |     17:21 Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb  |     17:11 Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı  |     17:05 VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi  |     17:00 "Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər  |    
Left Banner
Right Banner

Bakıda gecə baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO (YENİLƏNİB)

10.09.2024 12:50 2 085
Bakıda gecə baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO (YENİLƏNİB)
Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edən şəxsin zərərsizləşdirilməsinin görüntüləri yayılıb.

"Qafqazinfo" qonşulardan birinin hadisə yerindən telefonla çəkdiyi videonu əldə edib.

Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər.

Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.

* * * * *


Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.


Şübhəli şəxs hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxs onun evinə özünü MTN əməkdaşı kimi təqdim edərək daxil olub:

"Qızım kameradan görüb ki, evə maskalı şəxs daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub".
скачать dle 11.3

Ссылка не поддерживается для встроенного формата.

Mojo.az Banner