Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

06.09.2024 21:43 2 451
Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Bu barədə "apa-economics"ə AYNA-dan bildirilib.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi – “Azadlıq prospekti” metro stansiyası) marşrut üzrə hüquqi şəxs “F.Rövşən” İM və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Qeyd edilib ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.скачать dle 11.3
Mojo.az Banner