Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb

04.09.2024 17:59 936
Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə report-a FHN-dən məlumat verilib.
Kəmaləddin Heydərov xalqlar və ölkələr arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün istiqamətlərdə əlaqələrin durmadan genişləndiyini xatırladıb.

Bu xüsusda Belarus xarici işlər nazirinin müavininin ölkəmizə səfəri və səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında mövcud sıx əlaqələrin daha da genişləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.

Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkür edən Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib.

Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər