Mojo.az Banner
18:58 65 yaşını qeyd edən Əməkdar artist: "Nazirlikdən təbrik gözləyirdim"  |     18:57 Mustafa Tayatın yarım milyondan çox borcu yarandı - Səbəb nədir?  |     18:53 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     18:21 Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - Video  |     18:08 Şahin Bayramovdan yeni təyinat  |     18:06 "Fairmont Bakı"da yaşayan iş adamına "stop" qoyuldu - 1,7 milyon borca görə...  |     18:05 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:57 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı (VİDEO)  |     17:23 "Yeni Klinika"nın tibb bacısı xəstə baxıcısı işlədiyi evdən 20 minlik qızıl və pul oğurladı  |     17:07 Dayı bacısı qızının evindən qızıl oğurladı  |     16:59 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     16:46 Məşhur ispan yazıçı 91 yaşında vəfat etdi  |     16:09 Balıqçılıq məhsullarının yeni satış qaydası bu cür olacaq  |     16:08 Hörmüz boğazının idarə olunmasına dair qanun layihəsi İran parlamentinə təqdim edilib  |     15:46 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     15:43 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı - Video  |     15:32 Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir  |     15:30 Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər  |     14:47 Bu ərazilərdə iyul pensiyaları ödənildi  |     14:38 Daha bir futbolçu "Qarabağ"dan gedir  |    
Left Banner
Right Banner

Kəmaləddin Heydərov Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO/VİDEO

21.12.2020 23:36 1 155
Kəmaləddin Heydərov Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO/VİDEO
Dekabrın 21-də Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonaqlar əvvəlcə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında möhkəm dostluq və qədim tarixə əsaslanan sıx qonşuluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edən nazir əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb, bir sıra aidiyyəti istiqamətlərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar sahədə koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçev iki qurum arasında mövcud əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu, habelə humanitar məsələlərin həlli ilə bağlı hər iki nazirliyin aidiyyəti qurumları arasında mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.









скачать dle 11.3
Mojo.az Banner