Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Polad Bülbüloğlu Zatulinlə bağlı məktub YAZDI

04.09.2024 15:10 1 515
Polad Bülbüloğlu Zatulinlə bağlı məktub YAZDI
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Dövlət Dumasının MDB komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin təxribatçı videomüraciəti ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.
 
Modern.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Səfir Duma sədrinə müraciətində Zatulinin hərəkətinin ilk belə hal olmamasını və bunun narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, Zatulin dəfələrlə Azərbaycanın dövlətçiliyinin və xalqının əleyhinə bəyanatlar verib.
 
“Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan tərəfinin bu cür nalayiq halların qarşısını almaq üçün Rusiya Federasiyasının rəsmi orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, K.Zatulinin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə xələl gətirən təxribat fəaliyyətinə qarşı hələ də təsirli tədbirlər görülməyib. Bütün bunlar Milli Məclisin deputatları arasında və ölkəmizin ictimai mühitində ciddi narahatlıq yaratmaqda davam edir, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarını təşvişə salır və iki ölkənin parlamentlərarası əməkdaşlığına mənfi təsir göstərir. Bununla əlaqədar, sizdən, hörmətli Vyaçeslav Viktoroviç, Rusiya Federasiyasının rəsmi mövqeyinə və Dövlət Dumasının reqlamentinə uyğun olaraq, bu məsələyə prinsipial yanaşmanızı və Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi təcili olaraq xahiş edirəm”, - məktubda deyilir.

Son xəbərlər