Mojo.az Banner
20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş Prokurorluq media subyektlərinə müraciət etdi

28.08.2024 16:48 681
Baş Prokurorluq media subyektlərinə müraciət etdi
"Bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Bildirilir ki, Vəliyev Firdovsi Bəhram oğlu müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhimov Xəyyam Nəriman oğlu ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq avtomobilin ələ keçirilməsini göstərib".

Bu barədə Baş Prokurorluqdan verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmayıb və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməyib.

"Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə şəhər baş polis idarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməyib.

Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib", məlumatda deyilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.скачать dle 11.3
Mojo.az Banner