Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi |
Mojo.az Avto
Mojo.az Avto

Araq məclisində oturan qadını qətlə yetirdilər: Cinayət baş verən evdən GÖRÜNTÜLƏR - YENİLƏNİB (VİDEO)

27.08.2024 12:02 1 965
Araq məclisində oturan qadını qətlə yetirdilər: Cinayət baş verən evdən GÖRÜNTÜLƏR - YENİLƏNİB (VİDEO)
Sabirabadda qadın qətlə yetirilib.

Dünən təxminən saat 15 radələrində rayon ərazisində 49 yaşlı Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 17 yaşlı Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşuların sözlərinə görə, hadisə yeyib içmək məclisində baş verib. Hər iki şəxsin spirtli içki qəbul etdiyi bildirilir. Sonra aralarında yaranan mübahisə zamanı yeniyetmə qadını öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.


26 avqust * * * * *

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü Rəna Rafiq qızı İmanovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Ramal Raiz oğlu Qurbanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət əməli tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər