Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır |
Mojo.az Avto
Mojo.az Avto

Başı ağrıdan 150-dən çox səbəb var: Necə aradan qaldırmaq olar?

26.08.2024 11:28 993
Başı ağrıdan 150-dən çox səbəb var: Necə aradan qaldırmaq olar?
Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər.

Baş ağrısının əsas səbəbləri aşağıdakılardır:

- Soyuqdəymə və qrip kimi xəstəliklər
- Stres
- Həddindən artıq spirtli içki qəbul etmək
- Göz gərginliyi və ya ağrıları
- Aclıq
- Tütün, evdə istifadə olunan kimyəvi maddələr və ətir
- Miqren varsa, genetik meyl
- Maye istehlakının olmaması səbəbindən dehidrasiya
- Narkotik vasitələrdən istifadə
- Menstruasiya və ya menopoz kimi hormonal dəyişikliklər
- Kofeini kəsmək
- Yuxusuzluq
- Güclü səsə və ya işığa məruz qalmaq

Ümumilikdə baş ağrısına səbəb olan 150-dən çox səbəb var. Bəs baş ağrısını necə aradan qaldırmaq olar?

Soyuq və ya isti kompres qoymaq, su içmək, qəhvə içməklə az miqdarda kofein qəbul etmək, sarıkök və ya zəncəfil çayı içmək, nanə və ya lavanda yağı qoxulamaq, sakit və qaranlıq otaqda dincəlmək və yüksək səslərdən qaçmaq baş ağrısını aradan qaldırmağa kömək edə bilər.

Baş ağrısına yaxşı təsir edən üsullar bunlardır:

Baş və boyun nahiyəsinə soyuq və ya isti kompreslər tətbiq etmək

Bol su içmək

Çobanyastığı, sarıkök və zəncəfil kimi rahatlaşdırıcı bitki çayları içmək

Az miqdarda qəhvə və ya kofeinli çay içmək

Nanə və ya lavanda yağı iyləmək və ya gicgah bölgəsini masaj etmək

Buxar vannası alaraq sinusların açılması

Qaranlıq otaqda dincəlmək

Baş ağrılarına səbəb olan səs-küyün qarşısını almaq

Kifayət qədər yatmaq

Vitamin B kompleksi və maqnezium əlavələrinin qəbulu

Çənəni yoran çeynəmələrdən çəkinmək

Diş ağrısından yaranan baş ağrısı üçün duzlu su ilə qarqara etmək

Saçı at quyruğu yığmaq və papaq kimi başınıza təzyiq göstərə biləcək elementlərdən istifadə etməmək.
//oxu.az

Son xəbərlər