Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dələduzların qurbanına çevrilməmək üçün "WhatsApp"da aktivləşdirilməsi mütləq olan funksiya

24.08.2024 20:48 753
Dələduzların qurbanına çevrilməmək üçün
Dələduz vətəndaşın "WhatsApp" tətbiqinə daxil olaraq insanlardan müəyyən məbləğdə pul istəyib.



Hadisə ilə bağlı zərərçəkən Baku TV-yə danışıb: "WhatsApp" tətbiqinə həmişə olduğu kimi yenilənmə gəldi, aktiv etdim. Qarşı tərəfin verdiyi sualdan anladım ki, nəsə problem var. Bildirdi ki, Aygün xanım, sizə pul lazımdır? Kartınıza göndərmişəm. Mən heç bir məlumatım olmadığına görə tətbiqə baxıb gördüm ki, proqramda təsdiq kodu tələb olunur. Kod gəldi, bərpa etdim. Halbuki bir saat əvvəl onu bərpa etmişdim. İndi başa düşürəm ki, onu qarşı tərəf üçün bərpa etmişəm. "WhatsApp"ı açıb gördüm ki, qarşı tərəfin yazdığı mesajlar telefonumda yoxdur. Ancaq mənə gələn mesajlardan gördüm ki, kontaktımdakı insanlarla danışıb və onlara kartını ataraq 100-150 manat istəyib".



İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu tip halların olmaması üçün vətəndaşlar ikili təhlükəsizlik funksiyasını aktivləşdirməlidirlər:"Dələduzlar daxildən gələn kodu bilmədikləri üçün vətəndaşların mesajlarını oxuya, həmçinin onların kontaktında olan insanlara mesaj göndərə bilməyəcəklər". Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşın üzləşdiyi məsələ ilə bağlı artıq ərazi üzrə polis şöbəsində araşdırma başlanılıb.скачать dle 11.3
Mojo.az Banner