Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılır

21.08.2024 20:11 714
Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılır
Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılacaq.

"Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının bir qrup deputatı Rusiya vətəndaşlığını yeni almış şəxslər üçün silah alışına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi təklif edən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Qanunun müəllifləri qeyd ediblər ki, hazırda əcnəbilər Rusiya vətəndaşlığını aldıqdan dərhal sonra odlu silah əldə etmək üçün müvafiq icazəni və silahı alırlar. Eyni zamanda, çox vaxt bu şəxslər yaşadıqları və ya olduğu yer üzrə hərbi qeydiyyata düşmürlər.

Deputatlar tərəfindən "Silah haqqında” qanuna zəruri dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, 10 ildən az müddətdə Rusiya vətəndaşlığı olan şəxslərin mülki odlu silahlar, ov silahları və özünümüdafiə odlu silahları əldə etməsinə qadağa qoyulması təklif edilir.

///apaскачать dle 11.3
Mojo.az Banner